Bu gün Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilib. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə 14-17 noyabr tarixlərində Bakıda gerçəkləşəcək. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino…