• Festivalın Yerli müsabiqə bölməsində Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər

• Müsabiqə bədii, sənədli, cizgi və eksperimental kino nominasiyalarını əhatə edir

• Müsabiqədə iştirak etmək üçün www.old.filmfestival.az saytında yerləşdirilmiş iştirak blankı dolrululmalıdır

• Təqdim olunan filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır

• Filmlərin linkləri və sinopsisi İnternet vasitəsilə göndərilir (E-mail: centercinema@gmail.com). Linklər Vimeo, Youtube, Filmfreway vasitəsilə yüklənə bilər

• Filmlərin son qəbul tarixi – 30 sentyabr, 2018-ci il

• Təqdim olunan filmlər Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir

• Müsabiqəyə qatılacaq filmlərin siyahısı www.old.filmfestival.az saytında yerləşdiriləcək

• YERLİ müsabiqədə “QIZIL NAR” mükafatı uğrunda mübarizə aparacaq filmləri 5 yerli mütəxəssisdən ibarət münsiflər heyəti qiymətləndirəcək

• Müsabiqə qalibləri bu nominasiyalar üzrə mükafatlandırılacaqlar:

– Ən yaxşı bədii film
– Ən yaxşı sənədli film
– Ən yaxşı cizgi filmi
– Ən yaxşı eksperimental film

– Ən yaxşı rejissor
– Ən yaxşı prodüser
– Ən yaxşı ssenari
– Ən yaxşı operator

– Münsiflər heyətinin xüsusi mükafatı

• Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.