- Son qəbul tarixi: 05 oktyabr , 2018
- Festivalın YERLİ müsabiqə bölməsində Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər;
- YERLİ film müsabiqəsinə təqdim olunan film Beynəlxalq müsabiqəyə təqdim oluna bilməz;
- Müsabiqə bədii, sənədli, cizgi və eksperimental kino nominasiyalarını əhatə edir;
- Müsabiqədə iştirak etmək üçün www.old.filmfestival.az saytında yerləşdirilmiş iştirak ərizəsi doldurulmalıdır;
- Filmlərin linklərini həmçinin, startfestival@gmail.com e-mail ünvanına da göndərə bilərsiniz;
- Təqdim olunan filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır;
- Təqdim olunan filmlər Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir;
- Müsabiqəyə qatılacaq filmlərin siyahısı www.old.filmfestival.az saytında yerləşdiriləcək;
- YERLİ müsabiqədə “QIZIL NAR” mükafatı uğrunda mübarizə aparacaq filmləri beş yerli mütəxəssisdən ibarət münsiflər heyəti qiymətləndirəcək;
- Müsabiqə qaliblərinə əsas nominasiyalar üzrə “QIZIL NAR” və pul mükafatı təqdim ediləcək:
- – Ən yaxşı bədii film
– Ən yaxşı sənədli film
– Ən yaxşı cizgi filmi
– Ən yaxşı eksperimental film
- Bu nominasiyalara “QIZIL NAR” mükafatı təqdim ediləcək:
- – Ən yaxşı rejissor
– Ən yaxşı prodüser
– Ən yaxşı ssenari
– Ən yaxşı operator - – Münsiflər heyətinin xüsusi mükafatı
- Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.