• Müsabiqədə 35 yaşa qədər olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər
• Müsabiqə onlayn rejimdə keçirilir
• Müsabiqədə həm peşəkar rejissorlar, həm də həvəskarlar iştirak edə bilər
• Müsabiqə sənədli, bədii film kateqoriyaları üzrə aparılır
• Filmlər yalnız mobil telefon, planşet vasitəsilə çəkilməlidir
• Mobil çəkiliş vasitəsinin videonu avtomatik redaktə etmə imkanından istifadə edilməməlidir. İstənilən montaj, videoredaktə proqramlarından istifadə etmək olar
• Filmin xronometrajı titrlər və musiqi daxil olmaqla 3 dəqiqədən artıq olmamalıdır
• Bir müəllif 2 film təqdim edə bilər
• Müəllif müsabiqəyə qatılmaq üçün www.old.filmfestival.az saytında yerləşdirilmiş iştirak blankını doldurmalıdır
• Təqdim olunan filmlər istənilən formatda İnternet vasitəsilə yüklənməlidir (E-mail: centercinema@gmail.com). Linklər Vimeo, Youtube, Filmfreway vasitəsilə yüklənə bilər.
• Təşkilat Komitəsinin Seçim Komissiyası təqdim olunan filmlər arasından 10 film seçərək onları əsas müsabiəqəyə daxil edəcək. Seçim zamanı filmin bədii keyfiyyətləri və müəllifin yaradıcı potensialı nəzərə alınacaq
• . Əsas müsabiqədə iştirak edəcək 10 film www.old.filmfestival.az saytında yerləşdiriləcək
• Qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək
• Bu qiymətləndirmənin nəticəsi olaraq festivalın sonunda onlayn müsabiqənin qalibinə “TAMAŞAÇI RƏĞBƏTİ” (Tamaşaçı simpatiyası) mükafatı təqdim ediləcək