Input your search keywords and press Enter.

“START”da iştirak daha da asanlaşdı

9.“START” Beynəlxalq Qısa Filmlər Festivalı “Cinemobil” adlı müsabiqəyə start verir. Festival çərçivəsində ilk dəfə olaraq təşkil olunan müsabiqədə qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək.
Müsabiqəyə təqdim olunan filmlər mobil telefon, planşet vasitəsilə çəkilməli, xronometrajı üç dəqiqədən artıq olmamalıdır. Müsabiqədə həm peşəkar rejissorlar, həm də həvəskarlar iştirak edə bilər.

Təşkilat Komitəsinin Seçim Komissiyası təqdim olunan filmlər arasından 10 film seçərək onları əsas müsabiqəyə daxil edəcək. Həmin filmlər www.old.filmfestival.az saytında yerləşdiriləcək.
Bu qiymətləndirmənin nəticəsi olaraq festivalın sonunda müsabiqənin qalibinə “TAMAŞAÇI RƏĞBƏTİ” mükafatı təqdim ediləcək.
Onlayn müsabiqənin şərtləri haqda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil olun:

http://old.filmfestival.az/onlayn-musabiq%C9%99/