Dörd gün ərzində Bakıda fərqli arzular, sevinclər, istəklər yaşandı. Bunu kiçik bir bayram da adlandırardım. 14-17 noyabr tarixlərində dünyanın 30 ölkəsindən, 35 yaşa qədər olan gənc rejissorların ürəkləri mənim doğma şəhərim Bakını düşünərək, vururdu. Onları Bakı haqqında düşünməyə vadar edən isə paytaxtımızın evsahibliyi etdiyi 9-cu “START” Beynəlxalq Qısa Filmlər Festivalı…
