Input your search keywords and press Enter.

“START”da ilk dəfə – PİTÇİNQ

9.“START” Beynəlxalq Qısa Filmlər Festivalı kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə Pitçinq layihəsinə start verir.

Pitçinqdə 35 yaşına qədər olan yerli rejissorların layihələri qəbul olunur. Daxil olan kinolayihələr “Qısametrajlı bədii film”, “Qısametrajlı sənədli film” kateqoriyaları üzrə nəzərdən keçirilir. Bir müəllif pitçinqə yalnız 1 layihə təqdim edə bilər.

İlkin etapda Təşkilat Komitəsinin Seçim Komissiyası hər kateqoriya üzrə 3 layihə seçərək Pitçinqə təqdim edəcək. İştirakçıların siyahısı www.old.filmfestival.az saytında yerləşdiriləcək və onlar şəxsən məlumatlandırılacaqlar.

Pitçinqin ekspertləri qalib layihələrə texniki dəstək göstərəcək yerli kinoşirkətlərin və prodüser mərkəzlərinin nümayəndələrindən ibarət olacaq. Pitçinqin nəticələrinə əsasən qaliblərə layihələrini reallaşdırmaq üçün texniki dəstək göstəriləcək.

Layihələrin son qəbul tarixi – 10 oktyabr, 2018-ci ildir.

Pitçinqdə iştirak barədə daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://old.filmfestival.az/pitcinqin-qaydalari/