Input your search keywords and press Enter.

Gənclər “Qızıl Nar” uğrunda yarışacaqlar

9.”START” Beynəlxalq Qısa Filmlər Festivalına hazırlıq davam edir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq. Bu ildən etibarən festival qaliblərinə “QIZIL NAR” mükafatı təqdim olunacaq.

Xatırladaq ki, “START” Beynəlxalq Qısa Filmlər Festivalını 2004-cü ildə “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Məqsəd kino sahəsində gənclərin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək, müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir.